“Qalatasaray” “Tottenhem”in iki futbolçusunu eyni gündə transfer edib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa nəhəngi londonluların müdafiəçisi Davinson Sançeslə yarımmüdafiəçi Tanqi Ndombeleni heyətinə qatıb.
27 yaşlı kolumbiyalı futbolçu – Davinsonla müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Türkiyə klubu futbolçu üçün 9,5 milyon avro ödəyəcək.
Sançes 2017-ci ildən “Tottenhem”də çıxış edirdi. O, 2022/23 mövsümündə 24 oyunda meydana çıxıb.
Fransalı futbolçu – Ndombele isə Türkiyə nəhənginə icarə əsasında keçib. Buna baxmayaraq, klublar arasındakı razılaşmada Türkiyə tərəfinin futbolçunu mövsümün sonunda birdəfəlik transfer edə biləcəyi qeyd olunub. Bunu 15 milyon avroya etmək mümkün olacaq.
Ndombele bu mövsüm meydana çıxmayıb. Amma ümumilikdə, futbolçu İngiltərə klubunda 91 oyun keçirib. Bu müddət ərzində o, 10 qol vurub və 9 məhsuldar ötürmə verib.