Alvaro Morata İspaniya milli komandasının düşərgəsində mətbuat konfransı keçirib. Yığmanın kapitanılarının olduğu tədbirdə o, həmkarları adından ölkə futbolundakı son qalmaqallara münasibət bildirib.

Futbolinfo. az xəbər verir ki, hücumçu dünya çempionu olan qadın yığmasının üzləşdiyi durumdan bəhs edib: “Uğurlarına kölgə salınan qadın milli komandamızın oyunçuları üçün üzüntümüzü və onlara birlikdə olduğumuzu bəyan etmək istəyirəm. Dəstəyimiz onlarladır”.

Morata İspaniya Futbol Federasiyasının prezidentini də tənqd edib: “Təmsil etdiyi qurumun öhdəliklərini yerinə yetirə bilməyən Luis Rubialesin qəbuledilməz olduğunu düşündüyümüz davranışlarını rədd edirik. İdmanın təmsil etdiyi dəyərlərin yanında qəti və qərarlı şəkildə dayanmalıyıq. İspan futbolu bir hörmət, ilham, birlik və rəngarənglik qaynağı olmalı, həm meydanda, həm də ondan kənarda örnək təşkil etməlidir”.

Shares: