İrlandiyalı UFC döyüşçüsü Konor Makqreqor pərəstişkarlarına Braziliya ciu-citsu idman növü üzrə qara kəmər aldığını məlumat verib.

“Bu gecə “SBG İreland”dan olan məşqçim və dostum Kavanaghdan qara kəmərimi aldım! 20 illik zəhmət! Bütün bu illər üçün Cona və inanılmaz ciu-citsu səyahəti boyunca bir yerdə olduğum komanda yoldaşlarıma təşəkkür edirəm! Hamınıza ürəkdən təşəkkür edirəm! Braziliya ciu-citsu idman növü üzrə qara kəmər! Necə də həyəcanlıdır!”, – deyə Makqreqor öz sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, irlandiyalı döyüşçünün hesabında 28 döyüş var. Konor onlardan 22-də qələbə qazanıb, 6 dəfə isə məğlubiyyətlə üzləşib. Son iki döyüşdə o, Dastin Puaryeyə uduzub.

Makqreqor iki ildən çoxdur ki, oktaqona çıxmır. Onun son döyüşü 11 iyul 2021-ci ildə baş tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp