Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor”un baş məşqçisi Mustafa Er istefa verib.
Futbolinfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, komandanın uğursuz nəticələrindən sonra postundan göndərilib. Son turda “Bodrumspor”a 0:4 hesabı ilə uduzan ümraniyəlilərin çalışdırıcısı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Mustafa Er ötən mövsüm “Ümraniyespor” Türkiyə Superliqasında çıxış edərkən bu posta gətirilmişdi. Mövsümün bitməsinə 7 tur qalmış baş məşqçi təyin olunsa da, komanda əsas liqada yerini qoruya bilməmişdi.
Xatırladaq ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev bu yay “Ümraniyespor”a keçib.
“Ümraniyespor” hazırda 2 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.