“Qarabağ” Futbol Klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.

Futbolinfo.az xəbər verr ki, klub “Azersun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.

“Qarabağ”ın müraciətini, “Azersun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Misli Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan Peşəkar Futbol Liqası 6-cı turun “Qarabağ” – “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “Qarabağ”ın ev oyunlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp