“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, nigeriyalı vinger Jesse Sekidika bundan sonra bu komandanın uğurları üçün çalışacaq.

Nigeriyalı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Sekidika karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Eskişehirspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyespor” (2023) və Belçikanın “Leven” (2021) klublarında oynayıb.

Jesse “Sabah”da 70 nömrəli formada çıxış edəcək.

Shares: