Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Futbolinfo.az Xorvatiya çempionunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 oyunçudan ibarət siyahıya Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil edilib.

“Dinamo” G qrupunda “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan) və “Balkani” (Kosovo) ilə münasibətləri aydınlaşdıracaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp