“İnter”in baş məşqçisi Simone İnzaqi ilə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin yeni müqaviləsi 2025-ci ilə qədər qüvvədə olacaq.

İnzaqi 2021-ci ildən “İnter”in baş məşqçisidir. Onun rəhbərliyi altında komanda iki dəfə İtaliya kubokunu və Super kubokunu qazanıb, həmçinin 2022/2023 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp