“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Almaniyanın “Bayer” klubu yoxlama görüşü keçirəcək.

Futbolinfo.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Xabi Alonso yetirmələrini sentyabrın 7-də sınaqdan keçirəcək.

Rəqib Regionalliqa təmsilçisi “Alemanniya” olacaq. “Bay Arena”da baş tutacaq görüşdə “Bayer”in əsasən U-19 və U-17 komandalarının üzvləri iştirak edəcəklər. Çünki əsas komandanın 15 futbolçusu müxtəlif millilərə çağırılıb.

“Qarabağ”la “Bayer” arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp