Klublar milli komandaların yoxlama oyunlarına görə Premyer Liqada yaranan fasiləni boşa verməyəcək. Yayda hazırlığı tam keçə bilməyənlər, eləcə də transferlərdə yubananlar fürsətdən yararlanmaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, avrokubokdakı debütə görə yay hazırlığını fərqli şəkildə keçən “Sabah” da imkandan istifadə edir. Masazır təmsilçisi həm də yeni transferlərinə oyun praktikası qazandırmaq üçün sınaq matçı planlaşdırır.

Hazırlığını Bakıda keçən “Turan Tovuz”un da qarşılıqlı istəyi ilə sözügedən komandalar sınaq matçı keçirməyə razılaşıb. Sentyabrın 9-da tərəflər “Bank Respublika Arena”da yoxlama görüşündə üz-üzə gələcək.

Xatırladaq ki, bu komandalar son turda eyni məkanda qarşılaşmışdı. Misli Premyer Liqasının 4-cü turu çərçivəsində baş tutan matçda tovuzlular iddialı rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp