I Liqada yeni mövsümə ciddi hazırlaşan “Karvan” önəmli işlər görür. Əsas komandanın güclənməsi, hazırlığı öz yerində, klub rəhbərliyi də boş dayanmır.
Futbolinfo.az xəbər verir ki, yevlaxlılar infrastrukturla bağlı problemləri yoluna qoymaq üçün ciddi addımlar atır. Şəhər stadionunun qazonu ideal vəziyyətə gətirilb, paltardəyişmə və yardımçı otaqlar qaydasına salınıb.
Ötən həftə yeni tablonun quraşdırıldığı Yevlax stadionunda indi də çəkiliş meydançası quraşdırılır. “Karvan” rəhbərliyi oyunların yayımının daha yaxşı təşkili üçün arenada şəraiti yaxşılaşdırır. Artıq kameraların yerləşdirilməsi üçün yeni məkan hazırlanır.
BƏHRUZ MUSAYEV, YEVLAX