“Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovun keçidini rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, 22 nömrəli formanı geyinəcək.

“Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klubdur. Nalçik “Spartak”ının yetirməsi olan futbolçu Moskvanın “Torpedo”, “Spartak” klublarının, eləcə də “Arsenal” (Tula) və “Ximki”nin uğurları üçün çalışıb.

“Neftçi” bu yay Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Olanare, Dieqo Valdesi də transfer edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp