Qadın voleybolçulardan ibarət “Azərreyl” 5 oyunçu ilə müqaviləni yeniləyib.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardından əsas heyətin 4 üzvü ilə sözləşmə imzalayıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar. Həmçinin gənclər komandasının üzvü olan 15 yaşlı hücumçu Aişə Alismanova da yeni mövsümdən əsas heyətdə yer alacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp