“Sabah”ın yeni transferi Cesse Sekidika klubun mətbuat xidmətinə açıqlama verib.

26 yaşlı yarımmüdafiəçi paytaxt klubuna keçidi haqda fikirlərini bölüşüb: “Şadam. Burada məni çox yaxşı qarşıladılar. Hamı mənimlə çox mehribandır. Bu, mənim üçün yeni başlanğıcdır”.

Sekidika “Sabah”dakı hədəflərindən də söz açıb: “Komandanın bu mövsüm Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirak etdiyini bilirəm. Əsas məqsədim avrokuboklarda iştirak etmək və çempionatda müsbət nəticələr əldə etməkdir. Komandanın potensialına inanıram”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp