Dünya Antidopinq Agentliyi (VADA) Fransa Antidopinq Agentliyinə (AFLD) məktub yazaraq sanksiyalarla təhdid edib.
Mənbənin məlumatına görə, VADA bir müddət əvvəl baş vermiş 3 dopinq hadisəsini misal gətirərək AFLD-ni ittiham edib. Onların fikrincə, Fransa Antidopinq Agentliyi dünya antidopinq kriteriyalarına uyğun gəlməyən qərarlar qəbul edib.
AFLD-nin məlumatına görə, VADA təhqiqata başlamaqla təhdid edir. Belə olan halda Fransa idmançılarına beynəlxalq yarışlarda iştirak etmə qadağası qoyula bilər. Ən pisi isə ölkə ərazisində beynləxaql yarışların keçirilməsi də təhlükəyə düşər. Bəzi məlumatlara görə, VADA fikrində ciddidir və Fransada gələnilki Olimpiadanın təxirə salınmasına qədər mübarizə apara bilər.
Xatırladaq ki, Yay Olimpiya Oyunları gələn il iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.