İspaniyalı tennisçi Rafael Nadal noyabrda keçiriləcək Devis Kubokunda iştirak edə bilər. İspaniya millisinin kapitanı David Ferrerin sözlərinə görə, 37 yaşlı tennisçi 2023-cü ilin sonunda komandanın final turnirinə vəsiqə qazanacağı təqdirdə meydançaya qayıtmağı planlaşdırır.

Bir müddət əvvəl “Böyük dəbilqə” seriyalı turnirlərin 22 qat çempionunun əmisi və keçmiş məşqçisi Toni Nadal da Rafaelin özünü yaxşı hiss etdiyini xəbər verərək korta qayıtmaq istəyini çatdırmışdı.

Xatırladaq ki, Nadal bu ilin yanvarında Avstraliyada zədə almış, iyunun əvvəlində isə əməliyyat olunmuşdu. Əməliyyatdan sonra reabilitasiya prosesinin beş ay çəkəcəyi bildirilirdi.

Shares: