Bukayo Saka növbəti mükafatını aldı. “Arsenal”ın hücumçusu İngiltərə yığmasının 2023-cü ldə ən yaxşı oyunçusu seçildi.

Futbolinfo.az xəbər verir ki, 22 yaşlı oyunçu ardıcıl 2-ci dəfədir bu nominasiyada qalib gəlir. Son bir il ərzində Bukayo millinin forması ilə 10 oyuna çıxıb və 7 qol vurub.

Saka seçimlərdə Cud Bellingem (Real) və Harri Keyni (Bayern) qabaqlayıb.

Xatırladaq ki, Saka ötən mövsüm İngiltərə Premyer Liqasının ən gənc oyunçusu seçilmişdi.

Shares: