“Mançester Yunayted” braziliyalı hücumçusu Antoni ilə bağlı açıqlamağa yamağa məcbur olub.
Futbolinfo.az xəbər verir ki, keçmiş sevgilisinə qarşı zorakılığda ittiham olunan futbolçu məhkəməyə verilib. Braziliya millisindən də kənarlaşdırılan Antoninin klubdakı taleyi müəmmalıdır.
Mançesterlilərin açıqlamasında yazılıb: “Klub Antoni haqqındakı iddiaları və polisin araşdırma aparmasını təsdiqləyir. Daha çox məlumat alana kimi başqa açıqlama yaymayacağıq. Klub olaraq bu iddiaların və sonrakı raportların zərərçəkmişlər üzərindəki təzyiqini göz önünə alıb olayı ciddi şəkildə izləyirik”.