“Kəpəz” qanalı futbolçu Ezekiel Morqanı transfer edib.

Futbolinfo.az klubun rəsmi feysbuk səhifəsinə istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi gəncəlilərlə 2+1 illik müqavilə bağlayıb.

Ancaq o, bu mövsüm bölgə təmsilçisində çıxış etməyəcək. Çünki Morqan I Liqa klubu “İmişli”yə icarəyə verilib.

Qeyd edək ki, Ezekiel Morqanın sonuncu klubu ölkəsində “Tudu Mayti Gets” olub.

Xatırladaq ki, “Kəpəz”in Morqanı transfer edib icarəyə verdiyi barədə daha öncə xəbər vermişdik.

Shares: