“Neftçi” qışa kimi heç kimlə vidalaşmaq istəmir. Bakılılar çempionluq uğrunda mübarizə aparmaq üçün geniş heyət saxlamaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, ardıcıl transferlərdən sonra paytaxt klubunda legionerlərin sayı 12-ə çatıb. Amma bu, kimsənin getməsinə səbəb olmayacaq. Klub rəhbərliyi ayrılmaq fikrinə düşən və klub axtaran Kenni Sayefi düşərgədə saxlamağa nail olub. Futbolçuya gedişinə icazə verilməyəcəyi və ona əsas heyət üzvü gözüylə baxıldığı bildrilib.

Avstraliyadan təklifi olan Höccət Haqverdi də düşərgədə qalacaq. Baş məşqçi Adrian Mutu hər iki futbolçuya ehtiyac duyduğunu bildirib.

Shares: