Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az əyalət təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Marius Şumudiça ilə razılıq əldə edilib.
52 yaşlı rumıniyalı mütəxəssis sentyabrın 7-də Qaziantepə gedərək son detalları müzakirə edəcək. O, bu postda Erdal Günəşi əvəzləyəcək.
Son olaraq Səudiyyə Ərəbistanında “Əl-Raed”də işləyən Marius Şumudiça 2019-2021-ci illərdə də “Qaziantep”in “sükanı arxasında” olub.