Marko Veratti PSJ-dən ayrılır. Aylardır Fransadan gedəcəyi söylənilən yarımmüdafiəçi qəti qərarını verib.
Futbolinfo.az xəbər verir ki, bir neçə Avropa klubundan təklif alan Marko nə onlarla anlaşıb, nə də Səudiyyə Ərəbistanından gələn təklifləri müsbət dəyərləndirib. İtaliya millisnin üzvü Qətərə gedir. 11 illk Paris macərasından sonra o, “Əl Ərəbi” ilə anlaşıb.
Futbolçunun adı PSJ-nin Çempionlar Liqası üçün açıqlanan heyətindən də çıxarılıb. Bu isə transferin yaxın günlərdə reallaşacağı deməkdir.