“Reziuana ən böyük marağı “Neftçi” göstərdi”.

Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Reziuan Mirzovun meneceri Aleksandr Klyuev müştərisinin Azərbaycan klubuna keçidinə münasibət bildirərkən deyib.

O, rusiyalı yarımmüdafiəçinin “Neftçi”yə keçməsinin səbəblərini izah edib: “Neftçi” ənənələri olan yaxşı klubdur. Üstəlik, çempionluq, avrokuboklarlar uğrunda mübarizə aparırlar. Komandanın yaxşı infrastrukturu və futbol oynamaq üçün şəraiti var”.

Qeyd edək ki, son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.

Shares: