Azərbaycan mətbuatına danışmamaq üçün hər gün bir bəhanə tapan Canni de Byazi bütün gün xarici jurnalistlərlə əlaqədədir. Yığmamızın baş məşqçisi bu dəfə “SKY Sport”a danışıb.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis açıqlamasında AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçiriləcək oyuna toxunub. O, rəqibin heyətində hücumçu Romelu Lukakudan çəkindiyi etiraf edib.
De Byazi ulduz futbolçunun “Dalğa Arena”dakı qarşılaşmada start heyətində yer alacağını proqnozlaşdırıb: “Lukakunun bizimlə oyunda ilk dəqiqələrdən meydanda olacağını gözləyirəm. Bizim texniki zonada “Roma”nın böyük fanatı olan tərcüməçim var. O, Lukakunun Bakıya gəlməsinə sevinir”.
Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.