ABŞ-də “Böyük dəbilqə” seriyalı turnirin ikinci yarımfinal cütü də məlum olub.

Artur Eşon adını daşıyan korta əvvəlcə ruisyalı tennisçilər – Daniil Medvedevlə Andrey Rublyov çıxıb. Qarşılıqlı breyklərlə keçən oyunda Medvedev qələbə qazanıb – 6:4, 6:3, 6:4. Görüş 2 saat 48 dəqəqiə davam edib. İsti hava şəraiti tennisçiləri xeyli əziyyətə salıb.

İkinci oyun daha sərin vaxtda baş tutub. Turnirin bir nömrəli tennisçisi Karlos Alkaras Aleksandr Zverev üzərində çətinlik çəkmədən qələbə qazanıb – 6:2,6:4, 6:3. Ötən il burada çempion olan ispan tennisçi yarımfinalda Medvedevlə qarşılaşacaq.

Xatırladaq ki, digər yarımfinalda Novak Cokoviçlə Ben Şelton üz-üzə gələcək.

Qadınların turnirində finala çıxmaq uğrunda oyunlarda Kislə Sobolenka, Qaufla Muçova qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp