AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda II Liqanın 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Füzuli” – “Cəbrayıl” oyununda “Füzuli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Füzuli” komandası 70 manat cərimə edilib.

“Füzuli” – “Cəbrayıl” oyununda “Cəbrayıl” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilib.

“Baku Sportinq” – “Şəfa” oyununda “Şəfa” klubunun baş məşqçisi Tural Rzayev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına, bundan sonra hakimə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanıb, “Şəfa” klubu 100 manat cərimə edilib.

“Ağdaş” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” klubunun futbolçusu Salman Atluxanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp