“Səbail”in niderlandlı yarımmüdafiəçisi Anas Najahın futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” üzərindəki 2:1 hesablı qələbəni sürpriz adlandıra bilərik?

– Biz rəqibi analiz etmişdik. Bilirdik ki, çox yaxşı işləməliyik. Hər zaman özümüzə inanmışıq. Bundan sonra da inanmağa davam edəcəyik. Biz birlikdə öz oyunumuzu ortaya qoysaq, nəticələr yaxşı olacaq. İnam bizim üçün çox vacib amildir.

– Son iki matçda iki çətin rəqib üzərində qələbə qazanmısınız. Səfərdə “Turan Tovuz”u 3:1 məğlub etdiniz, evdə də “Qarabağ” üzərində qalibiyyət qazandınız.

– Biz görürük ki, liqada asan komanda yoxdur. Amma öz yolumuzla getməliyik. Hər zaman çətin rəqiblərə qarşı necə oynayacağımız yollarını axtarırırq. Digər komandalar üzərində də qələbə qazanmaq niyyətindəyik. Düşünürəm ki, “Qarabağ”la matçda qazandığımız 3 xal bizi motivasiya edəcək. Gələcək matçlarda da bu motivasiyadan yararlana bilərik.

– Liqaya heç də yaxşı başlamamışdınız. 3 oyunda 1 xal toplamışdınız. Qısa müddətdə nə dəyişdi, nə baş verdi?

– Düşünmürəm ki, nəsə baş verib. Biz sadəcə öz istədiyimizi edə bildik. Çox çalışdıq, komanda şəklində oynamağa davam etdik. Nəticə də göz önündədir. Hər hansısa bir şey dəyişmədi.

– 7 xalı sizin üçün yaxşı nəticə saymaq olar?

– Bu, başlanğıcdır. Düzdür, hər zaman daha yaxşı var. Amma biz keçmişdə olanı yaxına buraxmaq niyyəində deyilik. Gələcək və qarşıdakı oyunlar daha önəmlidir. Geriyə baxsaq, çox şey itirə bilərik, gələcəkdə nə edə biləcəyimiz isə maraqlı olmalıdır. Hər oyundan-oyuna daha da artırmalı, daha çoxunu istəməliyik.

– Qarşıda uzaq Gəncə səfəri var. “Kəpəz”lə matçda qələbə seriyası davam edəcək?

– İdmanda və futbolda hər zaman rəqibinə qalib gələ bilərsən. Məğlubiyyət də hər zaman qaçılmazdır. Amma biz bu cür oyunu davam etdirsək, məşqlərdə çalışmağa davam etsək, qalibiyyətlər gələcək. Biz yaxşı nəticələri görə biləcəyik.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp