“Mançester Siti” növbəti mövsümün transferlərini indidən planlyır. “Şəhərlilər”in yeni hədəfi Evan Ferqyussondur.
Futbolinfo.az xəbər verir ki, son vaxtlaruğurlu oyunu ilə seçilən hücumçu “Nyukasl”a qarşı Premyer Liqa matçında het-trik etməklə inkişafda olduğunu göstərdi, “Brayton”un yeni ulduzu məhz həmin matçdan sonra daha çox müzakirə obyekti olub.
Amma Ferqyussonu transfer etmək üçün “şəhərlilər”in böyük məbləğ ödəməsi lazım gələcək. Çünki Ferqyusson “Brayton”la müqavilə müddətini yenicə uzadıb. 18 yaşlı futbolçu iyunda anlaşmasını 2028-ci ilin yayına kimi artırıb (The Independent).
“Brayton” Ferqyussonu hələ iki il öncə – 16 yaşı olarkən “Bohemians”dan alıb. Klub akademiyasında inkişaf edən irlandiyalı ötən mövsümdən əsas komandaya cəlb edilir.