“Neftçi”nin baş məşqçisi Adrian Mutu yay transfer dönəmində Rumıniya bazarına üstünlük verib. Lakin gənc mütəxəssisin heç də bütün istəyi həyata keçməyib.

Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Neftçi”nin maraq dairəsinə düşən futbolçulardan biri də Buxarest “Rapid”inin hücumçusu Marko Duqandziç olub. Lakin 29 yaşlı forvardı Bakıya gətirmək mümkün olmayıb.

Xorvatiyanın gənclər millisinin sabiq üzvü mətbuata açıqlamasında bakılıların gündəmində olduğunu etiraf edib. Ancaq o, Səudiyyə Ərəbistanının “Əl-Tai” klubunun danışıqlar zamanı daha cəld tərpəndiyini vurğulayıb. Bu səbəbdən də hücumçu ərəblərlə müqavilə bağlayıb: “Neftçi”dən konkret təklif gəlmədi. Problemin nə olduğunu bilmirəm. Ancaq “Əl-Tai” rəhbərliyi daha sürətli davrandı”.

Qeyd edək ki, Marko Duqandziçin transfer dəyəri 2,5 milyon avro göstərilir.

Shares: