Minifutbol üzrə “Birbaşa Bakı” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında ikinci oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, rəqib Moldovanın “Volta” kollektivi olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız ötən gün Yunanıstan çempionu “Maqufana”ya qalib gəlmişdi – 3:1.

Beləliklə, xallarının sayını 6-ya çatdıran “Birbaşa Bakı” 1/8 finala vəsiqəni təmin edib.

Üçüncü görüşdəki rəqib Albaniyanın “Prestij” klubu olacaq. Matç saat 20:00-da başlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp