Arzuladığı bir neçə transferi reallaşdıra bilməyən “Əl İttihad” ehtiyat variantlara yönəlib. Məhəmməd Salahın əvəzinə də Luis Felipenin alınması planlaşdırılır.

Futbolinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu hazırda Luis Felipenin transferini həll etməyə çalışır. Ərəblərin iki gün vaxtı qalıb, braziliyalı ilə isə bütün məsələlərdə anlaşma əldə etmək mümkün olmayıb. Amma kiçik problemləri həll etmək çətin görünmür, son detallar tezliklə dəqiqləşəcək.

“Betis” oyunçusunun gedişinə icazə verib. Hətta futbolçu tibb müayinədən də uğurla keçib. Sabahadək bütün prosedur tamamlanmalı və keçid elan olunmalıdır.

26 yaşlı Braziliya əsilli italiyalı İspaniyaya ötən il yollanıb. O, “Latsio”dan azad agent kimi ayrılaraq sevilyalılarla 5 illik müqavilə bağlamışdı.

Shares: