Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan-2” yoxlama oyunu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Naxçıvan klubunun əvəzediciləri sentyabrın 9-da “Sabah”ın U-19 komandası ilə üz-üzə gələcək.

“ASK Arena”da keçiriləcək matç saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Zaur İsmayılovun baş məşqçisi olduğu “Araz-Naxçıvan-2” 5 oyundan 6 xal toplayıb və turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp