“Zirə” ilə matç bizim üçün yaxşı oldu. Rəqibin güclü tərəflərini zərərsizləşdirib qələbə qazandıq. Bizim üçün səmərəli oyun alındı”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Lukas Afriko deyib.

Braziliyalı futbolçu Misli Premyer Liqasının 5-ci turunda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan söz açıb: “Qələbə komandanın gələcəyi üçün vacib idi. Komandanın bundan öncəki 4 turda uduzduğu matçları utandırıcı adlandırmazdım. Çünki necə başlamaq yox, necə sona çatdırmaq daha önəmlidir. Məğlubiyyət bizim kim olduğumuzu müəyyən etmir”.

Afriko Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə Qəbələdəki matçda yaxşı oynadıqlarını da sözlərinə əlavə edib. O, bu matçla başlayan 6 oyunluq məğlubiyyət seriyası barədə isə bunları deyib: “Omoniya” ilə matçda yaxşı oynamışdıq. Bu, doğrudur və ümid böyük idi. Amma hər oyun fərqli hekayədir. Biz bütün matçlardan nəsə öyrənirik. Həmin qarşılaşmadan sonra heç nə bizim üçün yaxşı getmədi. Amma biz öz yolumuza qayıdacağıq. Situasiyanı dəyişmək iqtidarındayıq. Avrokuboklarda yenidən oynamaq istəyirik. Bunun üçün gücümüz və potensialımız var”.

Shares: