Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib.
Milli üzvü 9 oyundan 5,5 xal toplayıb. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub.
Yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar.