Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə uğrunda pley-off görüşündə Slovakiyanın “Hidrokres Preşov” kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşmada 3:2 hesabı ilə qalib gələn “Zirə” 1/8 finala vəsiqə qazanıb.
“Zirə” sabah Bakı vaxtı ilə 13:00-da Macarıstanın “Santo” komandasıyla qarşılaşacaq.
Daha əvvəl “Birbaşa Bakı” da qrup lideri kimi mərhələ adlamışdı.