Sentyabrın 8-nə keçən gecə Cənubi Amerikada 2026-cı ildə keçiriləcək futbol dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

Argentina və Ekvador milli komandaları arasında görüş meydan ahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu Lionel Messi vurub. O, oyunun 78-ci dəqiqəsində fərqlənib.

36 yaşlı hücumçu millinin formasını geyindiyi 175 oyunda 103 qol vurub, 56 məhsuldar ötürmə edib. 2022-ci ildə Messi milli komandanın heyətində Qətərdə keçirilən Dünya Kubokunun qalibi olub və bundan sonra o, həm də turnirin ən yaxşı oyunçusu kimi tanınıb.

Cənubi Amerika zonasında baş tutan digər iki oyun da məhsuldar alınmayıb. Paraqvay – Çili görüşündə hesab açılmayıb, Kolumbiya – Venesuela matçında meydan sahiblərindən Rafael Borrenin 46-cı dəqiqədə vurduğu top yeganə olub.

Shares: