Lion “Olimpik”i yeni baş məşqçi axtarır. Fransa klubu iki mütəxəssisə konkret dəvət göndərib.

Futbolinfo.az xəbər verir ki, Qrem Potter təklifi eşidən kimi geri çevirib. “Çelsi”dən ayrılandan bəri işsiz olan ingilis çalışdırıcı iddialı bir layihənin içində olmaq istəyir. Bu səbəbdən o, bir müddət də gözləməyi lazım bilib.

Digər namizəd Julen Lopeteqidir. İngiltərə Premyer Liqasının cari mövsümünün startı ərəfəsində rəhbərliklə münasibətlərdə yaranan gərginlik üzündən “Vulverhempton”u tərk edən məşqçi hazırda işsizdir. İspan məşqçi hələ də təklifə reaksiya verməyib.

Shares: