Ceyms Maddison seçimindən məmnundur. Yayda “Lester”dən ayrılaraq “Tottenhem”ə keçə ingilis yarımmüdafiəçi doğru qərar verdiyini düşünür.

Futbolinfo.az xəbər verir ki, mövsümə əla başlayan londonluların yeni üzvü deyib: “Özümü isbat etmək üçün əla fürsət idi. “Tottenhem”ə çox tez və rahat uyğunlaşdım. Əla klubdur, azarkeşləri də möhtəşəmdir, məni çox yaxşı qarşıladılar və sevgilərini göstərirlər”.

Maddison gələcəkdən də ümidlidir: “Hələ görəcəyimiz daha yaxşı günlər olduğuna əminəm. Çox həyəcanverici zamanlardır. Təzyiq hiss etmirik və yaxşı oynayaraq nəticələr qazanırıq”.

5 il oynadığı “Lester”i 46 milyon avro qarşılığında tərk edən yarımmüdafiəçi “Tottenhem”lə 2028-ci ilin yayınadək müqavilə bağlayıb.

Shares: