İspaniya millisi ilə bağlı kuryoz hadisə baş verib. “Relevo”nun yazdığına görə, Avro-2024-ün Gürcüstanla oyunu üçün Tiflisə yollanın komanda üzvlərinin butsları və qapıçı əlcəkləri itib.

Futbolinfo.az xəbər verir ki, dünən futbolçular daha çox fiziki hazırlıqla məşğul olublar. Meydanda məşq isə idman zalında çalışmaq üçün nəzərdə tutulmuş krassovklarla keçirilib.

Xatıladaq ki, İspaniya və Gürcüstan milli komandaları arasında oyun bu gün Tiflis şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Shares: