Belçika yığmasının futbolçusu Yuri Tilemans AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun ərəfəsində mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi sabah “Dalğa Arena”da baş tutacaq görüşdə qələbə hədəflədiklərini söyləyib:

“Meydançanın durumuna görə hər iki komanda üçün çətin olacaq. Nəzərə alaq ki, hər iki tərəf topla oynamağı sevir. Bu baxımdan çətin mübarizə olacaq. Kevin De Bröynenin yoxluğunun bizim üçün çətinliyi var. Buna baxmayaraq, keyfiyyətli oyunçulara sahibik. Ələ düşən imkanlardan yararlanmağa çalışacağıq”.

O, komandadakı gənclərin məşqlərdə əllərindən gələni etdiklərini bildirib: “Komandaya qoşulan futbolçular həyəcanlıdırlar, məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Onlarla yanaşı, təcrübəlilərimiz də var. Hər kəs əsas heyətə düşməyə çalışır”.

Qeyd edək ki, Azərbaycan – Belçika oyunu saat 17:00-da başlayacaq.

Shares: