“Neftçi”nin yarımmüdafiəçisi Kenni Sayef AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyunu ilə bağlı “dhnet.be” saytına açıqlama verib.
Futbolinfo.az saytı xəbər verir ki, vaxtilə həmin ölkədə “Gent” və “Anderlext”in formasını geyinmiş 30 yaşlı futbolçu qarşılaşmanın oynanılacağı “Dalğa Arena”nın yararsız durumda olduğunu bildirib: “Pis meydança sizi narahat edəcək. Azərbaycanlılar ulduzlarınızla qarşılaşmağı səbirsizliklə gözləyirlər. Onlar Doku, Trossard və Lukakuya qarşı oynamaq üçün həyəcanlıdırlar. Müdafiəçimiz Höccəti Haqverdini də Romelu Lukaku ilə qarşılaşmaq üçün milliyə çağırılıblar”.
Qeyd edək ki, sabah keçiriləcək görüş saat 17:00-da başlayacaq.