Məlum olduğu kimi, “Red Bull” şirkəti ekstrim idman növlərinə xeyli vəsait ayırır. Bundan başqa, şirkət müxtəlif formalı şou-proqramlar da hazırlayır. Bu dəfə Avstriya şirkəti öz brendi altında müxtəlif kateqoriyalarda yarışan texnikanın sürətini müqayisə etmək üçün maraqlı bir yarış təşkil edib.
“Carwow” şirkətinin də sponsorluq etdiyi proqram rəsmi “YouTube” kanalına yerləşdirilib.
Yarışın qaydalarına görə, 330 metr məsafəni ilk qət edəni müəyyənləşdirmək lazım gəlib. Burada müxtəlif 5 kateqoriyada iştirak edən “Red Bull” avtomobil və motosikli mübarizə aparıb.
Formula 1 kateqoriyasını Fettelin çempionluq qazandığı RB8 bolidi təmsil edib. Maşının sükanı arxasında “Alpha Tauri”nin gənc sürücüsü Liam Louson olub. Avtomobilin göstəriciləri – 850 at gücü və 700 kq təşkil edib!
Planetin ən güclü motosiklet yarışını dünyanın üçqat vitse-çempionu Dani Pedrosa tərəfindən idarə olunan KTM RC16 təmsil edib: Motosiklin göstəriciləri – 270 at gücü, 157 kq-a bərabər olub!
Ralli kross yarışı “Peugeot” ilə çempion olan Timmi Hansen tərəfindən təmsil edilib. Onun göstəriciləri – 600 at gücü, 1300 kq çəki, bir də güclü sürətlənmə üçün quraşdırılan turbindən ibarət olub.
Klassik rallidən iştirak edən nümayəndə “Ford M-Sport”un sükanı arxasında Adrien Formo olub. Maşın 550 at gücü, 1260 kq çəki və sürətlənmə üçün mühərrikdə elektrik blokuna malik olub.
Bunlardan başqa 2040 at gücünə malik eksperimental elektrik superminibusu “Ford E-Transit supervan” da yarışa qoşulub. 1680 kq çəkiyə malik minibusun sükanı arxasında üç dəfə “Le Man” yarışında qalib gələn və belə tədbirlərin daimi iştirakçısı Roman Dumas olub.
Əsas sual kimin qələbə qazanacağıdır.
İlk sürpriz F1 bolidinin həqiqətən də yerindən tərpənişdə hamıdan geri qalmasıdır. İkinci sürpriz isə hər üç yarışın eyni şəxs tərəfindən qazanılmasıdır.
Bu şoudan sonra yəqin ki, artıq planetin ən sürətli texnologiyası tapılıb.