Daniel Rikkardo əməliyyatdan sonra zədələnmiş əlinin fotosunu paylaşıb.

İki həftə əvvəl Zandvoortda sərbəst yürüşlər zamanı “AlphaTauri” sürücüsü Oscar Piastri ilə toqquşmamaq üçün qoruyucu maneəyə çırpılmışdı. Zərbə nəticəsində Rikkardonun sol əlinin kiçik barmağının metakarpal sümüyü bir neçə yerdən sınmışdı. Barselona xəstəxanasında cərrahiyyə əməliyyatı zamanı pilotun qoluna dörd tikiş qoyulub və metal lövhə quraşdırılıb.

Bu gün Daniel sosial media hesabında əməliyyatdan sonra qolunun şəklini paylaşaraq altından bu sözləri yazıb: “Demək olar ki, dəyişiklik yoxdur”.

Növbəti fotoda Rikkardo idman zalında məşğul olmasını nümayiş etdirib.

Verilən məlumata görə, avstraliyalı pilot Sinqapur və Yaponiya qran-prilərini buraxacaq. Onun Qətərdəki yarışda qayıdacağı gözlənilir.

c36e38e7 de80 45e1 9b42 8fe3eb95dfbc - Futbolinfo.az
Shares: