“Milan” Mayk Menyanla yeni müqavilə bağlamaq istəyir. “Rossonyerlər” əsas qapıçısını daha uzun müddət heyətində görmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, Fransa millisinin üzvü illik 8-10 milyon avro maaş istəyir, milanlılar onun daha az məbləğə razılaşdıracağına ümid bəsləyir. Hər iki tərəf qarşılıqlı güzəştə və işbirliyini davam etdirməyə maraqlıdır.

Menyan A Seriyası nəhəngində qalmaq istəyir, “Milan” isə çoxsaylı təkliflərin qapıçının fikrinə təsir edə biləcəyindən narahatdır. Yayda qapıçı Səudiyyə Ərəbistanından gələn təkliflərə “yox” desə də, növbəti mövsümöncəsi vəziyyət dəyişə bilər.

2021-ci ildə “Lill”dən transfer edilən Menyanın İtaliya klubu ilə hələ 3 illik müqaviləs var. Tərəflər bu müddət 2028-in yayınadək uzatmaq istəyir.

Shares: