İspaniya millisinin yarımmüdafiəçisi Rodri yay transferlərindən danışıb. Gürcüstanla oyunöncəsi mətbuat konfransında o, həyəcan təbili çalıb.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin futbolçusu ərəb klublarının transfer bazarındakı fəaliyyətindən narahatdır: “İndiki situasiyada Avropa futbolu uduzur. Səudiyyə Ərəbistanı klublarının təklif etdikləri məbləğləri nəzərə alanda durum anlaşılandır. Amma belə davam etsə, qitədə ulduzların sayı azalacaq və bu, futbolun cəlbediciliyinə təsir edəcək”.

Rodri xüsusilə gənclərin Asiyaya getməsindən narahatdır: “İstedadların Səudiyyə Ərəbistanında inkişafının doğru istiqamətdə getməyəcəyindən narahatam. Böyük müqavilələr onlara təsir edə, futbolu yaddan çıxara bilərlər”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp