Basketbol üzrə dünya çempionatında finalçılar bəlli oldu. ABŞ həlledici oyuna vəsiqə qazanmamaqla almanların sensasiyasına imkan yaratdı.

Futbolinfo.az xəbər verir ki, yarımfinalda Almaniya güclü ABŞ yığmasına 113:111 hesabı ilə qalib gəldi. Son hissəyə 12 topluq fərqlə girən avropalılar son dəqiqələrdə çətin anlar yaşasa da, qələbə hesabını qorumağ bacardı.

Beləcə, finalda “Köhnə qitə” təmsilçiləri üz-üzə gələcək. Çünki digər yarımfinalda Serbiya Kanadanı 95:96 hesabı ilə məğlub etmişdi. 3-cü yer uğrunda görüşdə isə Amerika qitəsinin komandaları münasibətlərini aydınlaşdıracaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp