Bu gün Azərbaycan yığması AÇ-2024-ün seçmə mərhələsində növbəti matçına çıxır.

Futbolinfo.az xəbər verir ki, F qrupunda mübarizə aparan Canni de Byazinin yetirmələri “Dalğa Arena”da Belçika yığması ilə qarşılaşacaq.

Millimiz tsikldə ikinci ev matçına çıxacaq. Estoniya ilə matçda heç-heçə oynayan futbolçularımız doğma azarkeşlər qarşısında ilk qələbə arzusundadırlar. Komandamız hazırda 1 xalla qrup sonuncusudur.

Bu gün qrupumuzun digər matçında Estoniya öz meydanında İsveçlə qarşılaşacaq.

AÇ-2024-ün seçmə mərhələsi
F qrupu

9 sentyabr

17:00. Azərbaycan – Belçika
Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı. “Dalğa Arena”.

Xal: Avstriya – 10. Belçika – 7. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp