“Sabah”ın heyətinə qata bilmədiyi Maqomed-Şapi Süleymanov Yunanıstanda oynayacaq. Rusiyalı cinah yarımmüdafiəçisi “Aris”ə keçib.

Futbolinfo.az xəbər verir ki, futbolçu burada icarə əsasında oynayacaq. Onun müqavilə ilə məxsus olduğu “Krasnodar” Süleymanovu satmaqdansa, mövsümün sonunadək icarəyə göndərməyə üstünlük verib.

Yarımmüdafiəçi özü də bu durumdan məmnundur: “Aris”ə keçdiyim üçün sevinirəm. Bu karyeramda yeni bir səhifədir və yunan klubuna yardımçı olmaq istəyirəm. “Krasnodar”da məşqçi ilə “Aris”lə bağlı danışdım. Mənə “Aris”in hər oyunda tribunaları dolduran çılğın azarkeşlərindən danışdı. Bu səbəbdən digər təkliflərə yox deyib, “Aris”i seçdim”.

Xatırladaq ki, Süleymanov ötən mövsümü İsraildə icarədə keçirib. O, Beer-Şeva “Hapoel”inin şərəfini qoruyub.

Shares: