Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında finala yüksələ bilməyib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi yarımfinalda Monteneqronun “Sabornoq Xrama” klubuna məğlub olub.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” üçüncü yer uğrunda matçda son çempion AEK-lə (Rumıniya) qarşılaşacaq.

Azərbaycanın digər təmsilçisi “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə məğlub olaraq mübarizəni dayandırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp