“Qarabağ”ın yarımmüdafiəçisi Adama Diakabini Avropa Liqasının qrup mərhələsi üçün sifariş etməməsinin səbəbi müəyyənləşib.

Futbolinfo.az saytına Ağdam klubundan verilən məlumata görə, bu, sırf baş məşqçinin seçimi ilə əlaqədardır.

Lakin 27 yaşlı vingerin bu yay komandadan ayrılması da istisna edilmir. Futbolçuya sərfəli təklif gələcəyi halda, Ağdam klubu onunla vidalaşmağın əleyhinə olmayacaq.

Xatırladaq ki, Diakabi bu ilin yanvarından formasını geyindiyi və Azərbaycan çempionu olduğu “Qarabağ”da cəmi 18 matça çıxıb və 2 qola imza atıb.

Shares: